Bakı. Trend:
Böyük Britaniya hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya qoşun göndərmək fikrindən dönməyib, hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt sterlinqdən çox qiymətləndirilir.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili London şəhərindəki Lord Merin Evində çıxışı zamanı deyib.
"Sülh mümkündür. Prezident [ABŞ Donald] Tramp sülhə nail ola bilsə, biz sülhün davamlı olmasını təmin etməyə kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızı yerləşdirməyə hazırlamağı tələb edir. [Böyük Britaniyanın Baş naziri] Kir Starmer, lazım gələrsə, Britaniya qoşunlarını Ukraynada görmək istədiyini bildirib. Sülh vəziyyətində hər hansı mümkün yerləşdirməyə hazırlaşmaq üçün artıq milyonlarla funt sterlinqi sürətləndirmişəm. Məbləğin 100 milyon funt sterlinqdən çox olacağını gözləyirəm", - deyə o bildirib.