...

BVF Azərbaycanın 2025-2030-cu illərdə nominal ÜDM-i ilə bağlı proqnozlarnı yeniləyib

Telekommunikasiya Materials 21 Oktyabr 2025 11:20 (UTC +04:00)
BVF Azərbaycanın 2025-2030-cu illərdə nominal ÜDM-i ilə bağlı proqnozlarnı yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) “Regional Economic Outlook” adlı oktyabr buraxılışında Azərbaycanın nominal ÜDM-i üzrə proqnozlarını aşağı salıb.

Trend xəbər verir ki, yenilənmiş məlumatlara əsasən, BVF 2025-ci il üçün Azərbaycanın nominal ÜDM-ni 76,4 milyard dollar, 2026-cı il üçün isə 80 milyard dollar səviyyəsində proqnozlaşdırır. Halbuki, may buraxılışında bu göstəricilər müvafiq olaraq 78,9 milyard və 81,9 milyard dollar səviyyəsində gözlənilirdi.

BVF-nin 2030-cu ilə dair uzunmüddətli proqnozu isə demək olar ki, dəyişməz olaraq - 100,8 milyard dollar səviyyəsində qalıb ki, bu da may ayında verilən 100,9 milyard dollarlıq proqnozdan bir qədər aşağıdır.

Azərbaycan hökumətinin proqnozuna görə, 2026-cı ildə ölkənin ÜDM-i 134,1 milyard manat (78,88 milyard dollar) olacaq. Bu məbləğin 101,7 milyard manatı (59,82 milyard dolları) qeyri-neft sektorunun payına düşəcək.

Beləliklə, gələn il ölkə iqtisadiyyatının 3,2 faiz səviyyəsində, o cümlədən qeyri-neft sektorunun 8,8 faiz artım göstərəcəyi proqnozlaşdırılır.

Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, bu il ölkənin ÜDM-i 129,9 milyard manat (76,41 milyard dollar) təşkil edəcək, bunun da 93,5 milyard manatı (54,99 milyard dolları) qeyri-neft sektorunun payına düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti