Bakı. Trend:
2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Bu barədə Trend-ə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
***
13:30
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gedib.
Trend-in məlumatına görə, bu gün Cenevrəyə səfər çərçivəsində Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçirilib.
Məlumat üçün bildirək ki, tərəflər sonuncu dəfə 2024-cü il martın 22-də PAİ-nin Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.