Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov BMT-nin qurum rəhbərləri ilə görüşüb. Görüşlər çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adanom Qebreyesus, BMT-nin Cenevrə üzrə Baş direktoru Tatyana Valovaya və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Rebeka Qrnspan ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşlərin əsas gündəmində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2026-ci ilin əvvəlində reallaşdıracağı iki böyük təşəbbüs - XIII Qlobal Bakı Forumu və Cenevrədə təşkil olunacaq 35-ci Ali Səviyyəli Toplantıya hazırlıqlar dayanıb. Hər iki tədbirin beynəlxalq dialoq, çoxtərəfli əməkdaşlıq və qlobal çağırışlara cavab axtarışı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bununla yanaşı, COP29-un nəticələri, bu nəticələrin davamlı şəkildə irəli aparılması və 2025-ci ildə Braziliyanın Belem şəhərində baş tutacaq COP30-a hazırlıq prosesi təşkil edib.