...

Prezident İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 21 Oktyabr 2025 10:03 (UTC +04:00)
Prezident İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB) (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Astana. Trend:

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti