...

Qazaxıstanın Energetika naziri ölkədə qaz ehtiyatları ilə bağlı vəziyyəti şərh edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 11:31 (UTC +04:00)
Qazaxıstanın Energetika naziri ölkədə qaz ehtiyatları ilə bağlı vəziyyəti şərh edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Astana.Trend:

Qazaxıstanda qaz çatışmazlığının yaranmaması üçün zəruri mexanizmlər və əlavə qaz tədarükü imkanları nəzərdə alınıb.

Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bunu Astanada jurnalistlərə Qazaxıstanın Energetika naziri Erlan Akkenjenov bildirib.

“Hazırda müxtəlif KİV-lərdə pilotsuz uçuş aparatlarının hücumlarının Qazaxıstana qaz tədarükünə təsir göstərəcəyi barədə məlumatlar yayılır. Bu, həqiqətə uyğun deyil. Rəsmi şəkildə bildirirəm ki, bizdə bütün zəruri alətlər var və əlavə qaz tədarükü də nəzərdə alınıb”, - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, ölkədə istilik obyektlərinin fəaliyyəti pozulmayacaq.

Akkenjenov əlavə edib ki, Aktöbe vilayətində iki günlük maye qaz ehtiyatı formalaşdırılıb və bu gün üçün təminatla bağlı heç bir problem yoxdur. Eyni vəziyyət Manqistau və Qərbi Qazaxıstan vilayətlərinə də aiddir.

Onun sözlərinə görə, hər il təxminən 9 milyard kubmetr qaz Karaçağanaq yatağından hasil edilərək Orenburq qaz-kimya kompleksində emal olunur.

Nazir həmçinin, Karaçağanaqda yerli qaz emalı zavodunun tikintisi perspektivlərinə toxunaraq bildirib ki, layihə hazırda “KazMunayQaz” tərəfindən xarici tərəfdaşlarla birlikdə həyata keçirilir.

Akkenjenov əlavə edib ki, hazırda gələcək zavodun Karaçağanaq layihəsinin mövcud infrastrukturuna qoşulması üçün texniki parametrlərin razılaşdırılması üzərində iş aparılır.

SOCAR-la birgə Dunga neft yatağının işlənməsi planlarına toxunan nazir qeyd edib ki, bu, keyfiyyətli aktivdir və orada az kükürdlü, yüngül neft hasil olunur ki, bu da sonrakı emal üçün çox əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti