Bakı. Trend:
Polşanın hüquq-mühafizə orqanları ölkə ərazisində təxribatlar hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri həbs edib.
Trend xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk öz rəsmi "X" səhifəsində paylaşım edib.
“Daxili təhlükəsizlik agentliyi digər xidmətlərlə birlikdə ölkənin müxtəlif rayonlarında diversiyaların hazırlanmasında şübhəli bilinən səkkiz nəfəri saxlayıb”, - deyə o yazıb.
Tuskun sözlərinə görə, hazırda onların dindirilməsi aparılır, hüquq mühafizə orqanları isə əlavə operativ tədbirlər həyata ekçirir. Baş nazir konkret hansı təxribatlardan sözün getdiyini aydınlaşdırmayıb.