...

Abramoviç “Qalatasaray”ı almaq istəyir

İdman Materials 21 Oktyabr 2025 14:14 (UTC +04:00)
Abramoviç “Qalatasaray”ı almaq istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç Türkiyənin “Qalatasaray” futbol klubunun səhmlərinin nəzarət paketini almağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ə məlumat yayılıb.

Hazırda klub fondun nəzarətindədir. Bu o anlama gəlir ki, fond müvafiq qərar qəbul etməyənə qədər onun aktivləri başqa fiziki şəxslərə və ya xarici investorlara satıla bilməz.

bu səbəbdən Abramoviçin yəqin ki, dolayı əməkdaşlıq formalarından, məsələn, sponsorluq və ya infrastruktur tərəfdaşlığı kimi mexanizmlərdən istifadə etməsinə ehtiyac olacaq

Əgər razılaşma baş tutarsa, Abramoviç Türkiyə klubunun əsas sahibi olacaq.

Qeyd edək ki, Abramoviç “Çelsi” klubuna 2003-cü ildə 140 mlyon funt sterlinqə sahib olmuşdu. Həmin dönəmdən bəri London klubu beş dəfə İngiltərə premyer-liqasının qalibi olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb, beş dəfə İngiltərə Kubokunu, üç dəfə İngiltərə Liqası Kubokunu qazanıb. 2022-ci ildə Abramoviç sanksiyalara görə klubu satmağa məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti