...

Bu şəhər və rayonlarda 100 minə yaxın uşaq icbari dispanserizasiyaya cəlb olunub

Cəmiyyət Materials 21 Oktyabr 2025 14:23 (UTC +04:00)
Bu şəhər və rayonlarda 100 minə yaxın uşaq icbari dispanserizasiyaya cəlb olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramına uyğun olaraq Gəncə, Mingəçevir şəhər, o cümlədən Ağsu, Bərdə və Ağdaş rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən uşaqların ilkin müayinələri həyata keçirilib.Mərkəzi xəstəxanaların tibb heyəti tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 403 uşaq icbari dispanserizasiyaya cəlb olunub.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilibv ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tibb heyəti tərəfindən 34 036, Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 21 666, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 19 305, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti tərəfindən 14 537, Bərdə Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən isə 5 859 uşaq müayinə olunub.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib.

Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.

Qeyd edək ki, TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti