...

Küveyt Türkiyə şirkəti ilə 488,9 milyon dollarlıq müqavilə imzalayıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 02:34 (UTC +04:00)
Küveyt Türkiyə şirkəti ilə 488,9 milyon dollarlıq müqavilə imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küveytin Mutlaa şəhərinin cənubunda çirkab sularının təmizlənməsi stansiyasının və əlaqədar obyektlərin inşası üzrə Türkiyənin inşaat şirkəti ilə 488,9 milyon dollarlıq müqavilə imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Küveytin İctimai İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin sözçüsü Əhməd əs-Saleh bildirib ki, müqavilə çərçivəsində ənənəvi və bərpaolunan enerji mənbələrini birləşdirən hibrid sistem tətbiq ediləcək.

Yeni təmizləyici qurğu Mutlaa şəhərinin əhalisinə xidmət göstərəcək və gündə 400 min kubmetr suyu üç mərhələdə təmizləyəcək. Təmizlənmiş su əsasən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti