Bakı. Trend:
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.
Trend-in məlumatına görə, paytaxt təmsilçisi Bakıda Estoniya klubu "Kalev/Kramo" ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş "Neftçi"nin 95:84 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" turnirdəki ilk oyununda Polşanın "Trefl" komandasına 63:92 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi növbəti matçını Türkiyənin "Bursaspor" klubu ilə keçirəcək.