...

Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 23:45 (UTC +04:00)
Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 21-də qızılın qiyməti uzun müddətdən sonra ilk dəfə aşağı düşüb.

Trend-in məlumatına görə, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün 4 082 dollar təşkil edib. Bu, 2020-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək azalma göstəricisidir.

Spot bazarda gümüşün qiyməti də əhəmiyyətli dərəcədə — 8,7% azalaraq bir unsiya üçün 47,9 dollar olub.

Dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri isə 5,3% ucuzlaşaraq bir unsiya üçün 4 129 dollara enib.

Xəbər lenti

Xəbər lenti