Bakı. Trend:
Macarıstan parlamenti Ukrayna ərazisində müharibənin davam etməsi ilə əlaqədar fövqəladə vəziyyətin daha 6 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qanunverici orqanın saytında canlı yayımlanan səsvermənin gedişində müvafiq qanun layihəsinin lehinə 127 deputat səs verib, 56 deputat əleyhinə olub.
Qeyd edək ki, Macarıstanın ali qanunvericiliyinə əsasən, fövqəladə vəziyyət Baş nazir və hökumətə daha geniş səlahiyyətlər verir. Belə ki, hökumət müəyyən məsələlərlə bağlı parlament müzakirəsinə çıxarmadan sərəncamlar və fərmanlar verə bilir.
Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı hadisələrlə əlaqədar 2022-ci ilin may ayında 180 günlük fövqəladə vəziyyət elan edib və o vaxtdan bəri onun müddətini altı dəfə uzadıb.