...

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Cəmiyyət Materials 21 Oktyabr 2025 16:16 (UTC +04:00)
Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibati Məhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi tətin edilməsi təklif olunur.

Bundan əlavə, iclasda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədovun Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti