Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Trend-in məlumatına görə, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
Qeyd edək ki, U-23 dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.