...

Litvanın müdafiə naziri istefa verib

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 15:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın müdafiə naziri Dovile Şakalene tutduğu vəzifədən istefa verib.

Trend xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

“İstefa ərizəm artıq tərəfimdən yazılıb. Məsələni prezidentlə müzakirə etmək istəyirəm”,- deyə o bildirib.

Bununla belə, Şakalene qeyd edib ki, onu qərarını yenidən nəzərdən keçirməyə vadar edəcək heç bir səbəb yoxdur.

Qeyd edək ki, Baş nazir İnqa Ruginene ilə Şakalene arasında münaqişə 2026-cı ilin büdcə layihəsində müdafiə xərclərinə ayrılan vəsaitlərin qiymətləndirilməsindəki fikir ayrılığı səbəbindən yaranıb. Nazir ayrılan bütün vəsaitin həqiqətən müdafiə məqsədlərinə sərf ediləcəyinə şübhə edib, bir hissəsinin bu sahə ilə birbaşa əlaqəsi olmayan proqramların maliyyələşdirilməsinə yönəldiləcəyindən narahatlığını ifadə edib. Baş nazir isə müdafiə nazirinə olan etimadının sarsıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti