...

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 21 Oktyabr 2025 17:19 (UTC +04:00)
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120042 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, AZ0201120042 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74,8 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5544 (7,4008%) və kəsmə qiyməti 100.2916 (7.5000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti