...

Mərkəzi Baltik ölkələri ilə Azərbaycanın əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Səfir

İqtisadiyyat Materials 21 Oktyabr 2025 18:20 (UTC +04:00)
Mərkəzi Baltik ölkələri ilə Azərbaycanın əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Baltik ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və biznes, texnologiyalar və yaşıl enerji sahəsində tərəfdaşlığın uğurlu nümunəsinə çevrilir.

Trend xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda keçirilən Mərkəzi Baltik-Azərbaycan biznes forumunda çıxışında deyib.

Səfir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edərək qeyd edib ki, bu forum iki il əvvəl başlanmış uğurlu əməkdaşlığın məntiqi davamıdır.

“Məhz iki il əvvəl, oktyabr ayında Estoniya, Finlandiya və Latviyadan olan şirkət nümayəndələri ilk dəfə Azərbaycana səfər etmişdilər. Həmin vaxt forumlar, müzakirələr və B2B görüşlər keçirilmişdi. Biz həmin vaxtdan əməkdaşlığın möhkəmləndirilməsinə və təcrübə mübadiləsinə yönəlmiş bir çox tədbirlər həyata keçirmişik. Bütün bunları bir sözlə ifadə etmək olar - uğur”,- deyə diplomat vurğulayıb.

Edqars Skuya bildirib ki, layihə dörd ölkənin sahibkarları arasında möhkəm əlaqələrin qurulmasına, bilik və təcrübə mübadiləsinə, bazar imkanlarının öyrənilməsinə töhfə verib, həmçinin ticarət-iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açıb.

Səfir qeyd edib ki, bu fəal işin nəticəsi kimi əməkdaşlıq haqqında memorandum imzalanıb. O, həmçinin layihəyə verdiyi dəstəyə görə Avropa İttifaqına və "Interreg" proqramına, eləcə də forumun təşkilatçılarına təşəkkürünü bildirib.

Sonda diplomat dörd ölkənin nümayəndə heyətlərinə təşəkkür edib və xüsusilə "Caspian Energy Club" ilə tərəfdaşlığı qeyd edərək, onu “ən yaxşı tərəfdaş” adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti