...

Azərbaycan Asiya və Avropanı birləşdirən vacib körpüyə çevrilir - Estoniya səfiri

İqtisadiyyat Materials 21 Oktyabr 2025 18:48 (UTC +04:00)
Azərbaycan Asiya və Avropanı birləşdirən vacib körpüyə çevrilir - Estoniya səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Asiya və Avropa arasında körpü qismində getdikcə daha mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart Bakıda keçirilən Mərkəzi Baltik-Azərbaycan” biznes forumunda deyib.

“Azərbaycan, məlum olduğu kimi, xüsusilə regionda baş verən son geosiyasi dəyişikliklər fonunda, logistika baxımından getdikcə daha vacib rol oynayır və Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir. Əminəm ki, güclü tərəflərimizi birləşdirməklə, uğurlu gələcək təmin edə bilərik”,- deyə səfir qeyd edib.

Reynart vurğulayıb ki, Estoniya Azərbaycan şirkətləri ilə birgə rəqəmsal həllərin təşviqi sahəsində əməkdaşlıq edir, həmçinin Azərbaycan hökumətinə bu xidmətlərin tətbiqi və rəqəmsal sistemlərin inkişafı istiqamətində dəstək göstərir.

“Düzdür, ticarət göstəriciləri hələlik nisbətən təvazökardır, lakin son illərdə onlar artmaqdadır və bu da ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin nəticəsidir”, - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti