...

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təlim proqramı başlayır

Cəmiyyət Materials 21 Oktyabr 2025 17:14 (UTC +04:00)
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təlim proqramı başlayır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris platforması olan “Euronews Academy”nin “TV və canlı jurnalistika” mövzusunda təlim proqramı fəaliyyətə başlayır.

Agentlikdən Trend-ə verilən məlumata görə, ingilis dilində tədris olunacaq təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.

Təlimlər “Euronews” telekanalının televiziya yayımı sahəsində böyük təcrübəyə malik mütəxəssisləri – “Euronews”un Astana bürosunun rəhbəri Bojan Brkiç və “Euronews”un Avropa İttifaqı üzrə baş müxbiri Sergio Kantonenin iştirakı ilə keçiriləcək.

Cari ilin noyabr ayının ikinci həftəsini əhatə edən layihə çərçivəsində “Televiziya xəbərlərinin hazırlanması”, “Televiziya reportajları və canlı yayım”, “Xəbər istehsalı (yayıma hazırlıq)”, “Kamera qarşısında danışmaq” və “Müsahibə” modulları istiqamətində tədris prosesi təşkil olunacaq.

Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

Təlim proqramına müraciət qəbulu 1 noyabr 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.

İştirak şərtləri və seçim meyarları: https://www.euronews.com/academy-azerbaijan

Suallar üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti