...

Baş Prokurorluq piramida oyunları ilə bağlı vətəndaşlara müraciət edib (VİDEO)

Cəmiyyət Materials 21 Oktyabr 2025 15:57 (UTC +04:00)
Baş Prokurorluq piramida oyunları ilə bağlı vətəndaşlara müraciət edib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Baş Prokurorluq son zamanlar kiberdələduzlar tərəfindən yaradılan piramida oyunları ilə bağlı vətəndaşlara müraciət edib.

Trend xəbər verir ki, qurum bu kimi hallara qarşı ehtiyatlı olmağı, şəxsi və bank məlumatlarını tanımadığınız şəxslərlə paylaşmamağı tövsiyə edir.

Bildirilib ki, belə sxemlər heç bir real məhsul və ya xidmətə əsaslanmır:

"Piramida oyunlarında qazanc adı ilə ödənilən məbləğlər yalnız yeni qoşulan şəxslərin pulları hesabına verilir. Nəticədə sistem qısa müddətdə çökür, vətəndaşlar həm vəsaitlərini, həm də şəxsi məlumatlarını itirirlər. Bəzən təşkilatçılar insanları inandırmaq üçün əvvəlcə yüksək məbləğdə ödənişlər edə bilirlər, lakin bu pullar digər iştirakçılardan toplanır. Ardınca daha böyük məbləğlər tələb olunur və həmin vəsaitlər geri qaytarılmır. Ən əsası isə belə fəaliyyətlər qanunla qadağandır və piramida oyunlarını təşkil edən şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti