...

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 21 Oktyabr 2025 16:42 (UTC +04:00)
Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti