...

Azərbaycanın aqrar sektorunda BOT modelinin tətbiqinə 8 milyon manat ayrıldı

İqtisadiyyat Materials 21 Oktyabr 2025 17:01 (UTC +04:00)
Azərbaycanın aqrar sektorunda BOT modelinin tətbiqinə 8 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi ölkədə BOT (qurulma, əməliyyat, ötürülmə) modelinin tətbiqi ilə bağlı işlərə başlayır.

Trend-in məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal və analitik vizyonunun çatdırılmasında PMO (layihə idarəetmə ofisi) dəstəyi xidmətləri göstəriləcək.

Belə ki, nazirlik artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb

Nazirlik sözügedən işlərin icrasını "McKinsey and Company (Azerbaijan), INC" Şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 8 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət filialının qanuni təmsilçisi Gursoy Mehmet Murat Kutalmış adlı şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti