...

Azərbaycan və İran nümayəndələri mobil rabitə şəbəkələrinin tənzimlənməsini müzakirə ediblər

Gündəm Materials 21 Oktyabr 2025 15:38 (UTC +04:00)
Azərbaycan və İran nümayəndələri mobil rabitə şəbəkələrinin tənzimlənməsini müzakirə ediblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Trend-ə verilən məlumata görə, görüşdə RİNN, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.

Bildirilib ki, görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.

Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.

Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti