...

Estoniya Azərbaycanda "yaşıl layihə"lərə maraq göstərir (Özəl)

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2025 21:00 (UTC +04:00)
Estoniya Azərbaycanda "yaşıl layihə"lərə maraq göstərir (Özəl)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Estoniya Azərbaycanda rəqəmsal transformasiya və “yaşıl layihə"lərdə maraqlıdır.

Bunu Estoniyanın Azərbaycandakı səfiri Veyno Reynart Bakıda keçirilən Mərkəzi Baltik – Azərbaycan biznes forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, foruma qatılan bir çox Estoniya şirkəti Azərbaycanlı tərəfdaşlarla əməkdaşlıqğa, xüsusilə rəqəmsal transformasiya və "yaşıl texnologiya"lar sahəsinə maraq göstərir.

O qeyd edib ki, bəzi şirkətləri artıq Azərbaycanda rəqəmsal xidmətlər sahəsində, o cümlədən Estoniya texnologiyaları əsasında yaradılmış rəqəmsal identifikasiya sistemləri üzrə fəal şəkildə fəaliyyət göstərirlər.

Bundan əlavə, səfirin sözlərinə görə, Estoniya Şərq-Qərb arasında nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan üzərindən keçən Orta Dəhlizin inkişafını dəstəkləyir.

Veyno Reynart vurğulayıb ki, ölkəsi rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi üzrə birgə layihələrdə fəal iştirak etməyə hazırdır və bu layihələrin konkret icra müddətləri biznesin ixtiyarına buraxılır.

Xəbər lenti

Xəbər lenti