"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində doğma meydanda "Budo Qlimt"i qəbul edəcək.
Trend xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.
Müdafiəçi Vilfred Sinqo komandaya kömək edə bilməyəcək. Fil Dişi Sahili millisinin üzvü ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Budo Qlimt" qarşılaşması sabah Ali Sami Yen İdman Kompleksində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.