Bakı. Trend:
"Warner Bros. Discovery" mediaşirkəti səhmdarların mənfəətini maksimuma çatdırmaq üçün müxtəlif fəaliyyət variantlarını araşdırır.
Trend-in məlumatına görə, bu barədə mediaşirkətin saytında bildirilib.
Mümkün variantlar arasında 2026-cı ilin ortalarına qədər şirkətin iki ayrı şirkətə bölünməsi, bütün şirkətin satışı və ya şirkətin ayrı-ayrı hissələrinin – xüsusilə "Warner Bros." və ya "Discovery"nin – satışı nəzərdən keçirilir.
Şirkətdən qeyd olunub ki, adları açıqlanmayan tərəflərdən rəhbərliklə razılaşdırılmamış bir neçə təklif alınıb. Bunun ardınca "Warner Bros. Discovery" bütün biznesini və ya onun bir hissəsini satmaq planlarını rəsmi elan etməyə qərar verib.
Bəyanatdan sonra şirkətin səhmlərinin qiyməti 10% artıb. Qeyd edək ki, "Warner Bros. Discovery" 2022-ci ildə yaradılıb.