Bakı. Trend:
İrlandiyanın paytaxtı Dublin ətrafında sığınacaq axtaranların yerləşdirildiyi otelin qarşısında keçirilən etiraz aksiyası zorakılığa çevrilib və polisə hücum edilib.
Trend-in məlumatına görə, bu barədə RTE telekanalı xəbər yayıb.
Telekanal alovlara qərq olmuş polis mikroavtobusunun fotosunu yayıb. Təxminən 2000 nəfərdən ibarət izdiham zabitlərə fişənglər, butulkalar və müxtəlif əşyalar atıb.
Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.
Ölən və ya həbs olunanlar barədə məlumat verilməyib.