...

Paris Milli Təbiət Tarixi Muzeyindən qızıl oğurlayan Çin vətəndaşı həbs olunub

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 02:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 24 yaşlı Çin vətəndaşı Parisdəki Milli Təbiət Tarixi Muzeyindən (MNHN) qızıl külçələrin oğurlanmasında ittiham olunub.

Trend-in məlumatına görə, bu barədə Parisin prokuroru Lor Beko açıqlama verib.

Onun sözlərinə görə, qara geyimli qadın sentyabrın 16-da gecə vaxtı muzeyə daxil olub. O, mişar vasitəsilə qapıda A4 vərəqindən bir qədər böyük deşik açıb.

Cinayətkar içəri sürünərək külçələrin yerləşdiyi vitrinə çatıb, vitrini lehimləmə lampası ilə sındırıb və altı kiloqram qızılı muzeydən çıxarıb. Qızılların ümumi dəyəri təxminən 1,5 milyon avro qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti