Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) şərq istiqamətində ballistik raket buraxıb.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata əsasən, raketin növü və uçuş məsafəsi dəqiqləşdirilir. Buraxılışdan sonra Cənubi Koreya ordusu müşahidə və təhlükəsizlik tədbirlərini gücləndirib.
Raket sınağı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin oktyabrın 31-i – noyabrın 1-də Cənubi Koreyada keçiriləcək sammiti ərəfəsində baş verib.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə may ayında qısamənzilli və qanadlı raket sınağı həyata keçirmişdi.