Bakı. Trend:
Türkiyədə İzmirin Çeşmə və Menderes sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb.
Trend bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, əməliyyatları Sahil Mühafizəsi Komandanlığı həyata keçirib. Hər iki əməliyyat nəticəsində saxlanılan miqrantlar immiqrasiya idarəsinə təhvil verilib.
Miqrantları Türkiyəyə qanunsuz keçirməkdə şübhəli bilinən şəxs isə jandarmaya aparılıb.