...

ABŞ Qəzzaya nəzarət üçün koordinasiya mərkəzi açıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 06:24 (UTC +04:00)
ABŞ Qəzzaya nəzarət üçün koordinasiya mərkəzi açıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağına humanitar yardımın göstərilməsi və atəşkəsə əməl olunmasına nəzarət etmək məqsədilə koordinasiya mərkəzinin fəaliyyətə başladığını elan edib.

Trend xəbər verir ki, bu barədə məlumat komandanlığın rəsmi saytında yer alıb.

Bildirilib ki, ABŞ əsgərləri Qəzza ərazisinə yerləşdirilməyəcək. Onlar bölgəyə humanitar və maddi-texniki dəstəyin göstərilməsini, həmçinin beynəlxalq tərəfdaşların təhlükəsizlik yardımlarının əlaqələndirilməsini təmin edəcəklər.

CENTCOM-un baş admiralı Bred Kuper qeyd edib ki, növbəti iki həftə ərzində amerikalı işçilər koordinasiya mərkəzinə gələrək tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edəcəklər.

Xəbər lenti

Xəbər lenti