...

ABŞ Çinə qarşı 155 faizlik gömrük rüsumları tətbiq edəcək

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 07:28 (UTC +04:00)
ABŞ Çinə qarşı 155 faizlik gömrük rüsumları tətbiq edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 noyabr tarixindən etibarən Çindən idxal olunan mallara 155 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu tədbirin onlar üçün davamlı olacağını düşünmürəm. Çinə qarşı yaxşı rəftar etmək istəyirəm,” – deyə ABŞ prezidenti vurğulayıb.

Bundan əlavə, Tramp Çinin Rusiyadan neft alması ilə əlaqədar Pekinə qarşı əlavə rüsumların tətbiq olunacağı barədə məlumatı təsdiqləməyib.

Xəbər lenti

Xəbər lenti