...

Gəncədə saxta alkoqollu içkilər aşkarlanıb

Gündəm Materials 22 Oktyabr 2025 09:34 (UTC +04:00)
Gəncədə saxta alkoqollu içkilər aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, H.Əliyev prospekti, ev 73 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abdullayev Pərviz Təvəkkül oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Росинка” əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb.

Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti