Bakı. Trend:
Bu ilin ötən dövrü ərzində TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 510 nəfər həkim işə qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.
Onun sözlərinə görə, onlardan 168 nəfəri rezidentura və ordinatura təhsilini bitirməklə təyinat alıb və məhz ilk dəfə əmək fəaliyyətinə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində start verib.
"Eyni zamanda 40 nəfər həkim xaricdə tibb təhsili alaraq ilk dəfə olaraq TƏBİB sistemində fəaliyyətə başlayıb.
TƏBİB gənc mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyasını təşviq etmək, onların peşəkar inkişafına və bölgələrdə keyfiyyətli tibbi xidmətin təmin olunmasına şərait yaratmaq məqsədilə müvafiq dəstək tədbirlərini davam etdirir",- deyə Z. Ədilova qeyd edib.