Bakı. Trend:
Almaniyanın Meklenburq-Ön Pommern əyalətində iki quşçuluq fermasında quşlarda H5N1 virusunun variantı aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə "DW" xəbər yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, indiki mərhələdə bu fermalarda 150 min toyuq məhv edilməlidir.
Payızın əvvəlindən həmin rayonda ev quşları arasında beş quş qripi epidemiyası qeydə alınıb və ilin əvvəlindən belə hallar ümumilikdə 9-a çatıb. H5N1 virusu getdikcə vəhşi quşlarda, xüsusilə durnalarda da müşahidə edilir.
Yerli Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatçılarını xüsusi diqqətli olmağa çağırıb. Nazirlik bildirib ki, toyuqlar tez-tez ölməyə, az yeyib-içməyə və ya daha az yumurta qoymağa başlayarsa, dərhal baytarla əlaqə saxlamaq lazımdır.