...

Berlində etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 08:04 (UTC +04:00)
Berlində etiraz aksiyası keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində minlərlə insan Kansler Fridrix Mertsin “şəhər mənzərəsi” ilə bağlı açıqlamalarına etiraz olaraq Xristian Demokratlar İttifaqının (CDU) qərargahı qarşısında aksiya keçirib.

Trend xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.

Etirazda təxminən 2000 nəfər iştirak edib, lakin təşkilatçılar bu rəqəmin 7500 nəfərə çatdığını bildiriblər.

“Biz qızlarıq” devizi altında keçirilən aksiya zamanı iştirakçılar irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər. Onlar “İrqçilik şəhər mənzərəsinin problemidir”, “Bizim problemimiz şəhər mənzərəsi deyil, irqçilikdir” kimi ifadələrlə çıxış ediblər.

Etirazçılar Kansler Mertsin fikirlərinin cəmiyyətdə müxtəliflik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti