...

Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 16%-dən çox artıb

İqtisadiyyat Materials 22 Oktyabr 2025 10:08 (UTC +04:00)
Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 16%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Təminatsız pul bazarında aktivlik yüksək olub, 9 ayda əqdlərin sayı ötən ilin müvafiq dövrünə nəzərən 16.1% artıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilib ki, bu bazarda faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrda 6.96%, oktyabrın ötən dövründə isə 6.89% olub.

"Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Avropa Yenidənqurma və İnkişaf Bankının AZIR indeksinə bağlanmış manatla istiqrazlar yerləşdirməsi bu indeksin maliyyə bazarlarında istinad dərəcəsi kimi rolunu daha da artırır. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda, yeni cəlb edilmiş manatla depozit və yeni verilmiş kredit faizlərində azalmalar qeydə alınıb. Bütün bunlara təsir edən mühüm amillərdən biri cari ilin iyul ayında faiz dəhlizi parametrlərindəki azalma olub", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti