...

Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti artırılıb

Cəmiyyət Materials 22 Oktyabr 2025 10:19 (UTC +04:00)
Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu dəyişiklik COVID-19 pandemiyası dövründə xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinə verilən əlavə əməkhaqqı ödənişlərinin müddətini 3 ay artırır.

Əvvəlki qərara əsasən, bu əlavə ödənişlər 2025-ci ilin oktyabrın 1-dək nəzərdə tutulmuşdu. Yeni qərarla bu müddət 2026-cı ilin yanvarın 1-dək uzadılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti