Bakı. Trend:
Oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 0,3 faiz bəndi artaraq 6% təşkil edəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"2026-cı ildə 0,4 faiz bəndi artaraq isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.
Buna əsas təsir göstərən amillər kənd təsərrüfatı istehsalaçı qiymətləri artımıdır", - deyə sədr vurğulayıb.