...

Azərbaycanın valyuta ehtiyatları 81 milyard dolları keçib

İqtisadiyyat Materials 22 Oktyabr 2025 11:17 (UTC +04:00)
Azərbaycanın valyuta ehtiyatları 81 milyard dolları keçib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,7% artaraq 81,5 milyard ABŞ dollarına çatıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Mərkəzi Bankın ehtiyatları 11,3 milyard ABŞ dolları səviyyəsində formalaşıb.

"Ölkəmizin valyuta ehtiyatları tədiyyə balansının statistikasına baxdıqda 37 ay mal və xidmətlərin idxalını ödəyə bilir. Valyuta bazarında, həm nağd və həm də qeyri-nağd bazarlarında təklif tələbi üstələyib", - sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti