...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyəti 25 milyon tonadək artırılacaq – Baş nazir

Siyasət Materials 22 Oktyabr 2025 10:39 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyəti 25 milyon tonadək artırılacaq – Baş nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, strateji coğrafi yerləşməsi və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib.

“Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən ardıcıl iş aparılır.

Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb.

Eyni zamanda ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib.

Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir.

Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq hava limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq karqo hava limanının tikintisi davam edir.

Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib”, - deyə Əli Əsədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti