...

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 22 Oktyabr 2025 13:56 (UTC +04:00)
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda iştirak üçün Gürcüstana işgüzar səfərə gedib.

Trend xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti