...

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb

İqtisadiyyat Materials 22 Oktyabr 2025 12:56 (UTC +04:00)
Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan son illər ərzində türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb.

Trend xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

A.Bayramov bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri arasında investisiya imkanlarının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün ölkə bazarından çıxışın təmin edilməsi, regiondaxili ticarətin inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi məqdəsilə Türk İnvestisiya Fondunun yaradılması nəzərdə tutulur.

“Eyni zamanda TDT üzvləri ilə son illərdə ikitərəfli əsaslarda qarşılıqlı maraq doğuran istiqamətlərin, ixrac yönümlü məhsulların istehsal edilməsi ilə bağlı birgə layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu, eləcə də Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın dəstəklənməsi, tərəflərin iqtisadi maraqlarının modelləşdirilməsi və enkişaf etdirilməsi məqsədilə Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb”, - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti