...

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 943 milyon manat artıb

İqtisadiyyat Materials 22 Oktyabr 2025 15:16 (UTC +04:00)
Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 943 milyon manat artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard manat təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 943,1 milyon manat və ya 7,1% çoxdur.

Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

Vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərinin 1,748 milyard manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 1,292 milyard manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 248,8 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti