Bakı. Trend:
Qlobal istiləşmənin sürətlənməsi fonunda İslandiyada müşahidələrin aparıldığı zamandan bəri ilk dəfə olaraq ağcaqanadlar peyda olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buna qədər İslandiya və Antarktida həşəratlardan və cücülərdən azad yerlər hesab olunurdular.
Alimlər hesab edir ki, iqlim dəyişikliyi ilə əlaqədar ağcaqanadlar və başqa həşaratlar onlar üçün buna qədər yad olan məskənlərlə köçməyə başlayırlar.
Qeyd edək ki, “Culiseta annulata” növündən sonra üç ağcaqanad bu ay Reykyavik şəhərindən 30 kilometr şimalda yerləşən Kyos rayonunda qeydə alınıb.
