Bakı. Trend:
Azad olunmuş ərazilərdə yeni sənaye zonaları və istehsal sahələri fəaliyyətə başlayıb, aktiv məşğulluq proqramlarının tətbiqi genişləndirilir.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "PeşəFest"in yekun tədbirində deyib.
Nazirin sözlərinə görə, həmin ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən 6108 nəfərin məşğulluğu təmin edilib:
"Onlardan 4533 nəfəri münasib iş yerləri ilə təmin edilib, 475 nəfər özünüməşğulluq proqramına cəlb olunub, 289 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına qatılıb".