Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ödəniş kartları ilə baş verən fırıldaqçılıq əməliyyatlarının həcmi 1,391 milyon manat təşkil edib
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bunun, 775,027 min manatı kartlarla ölkədaxili fırıldaqçılıq əməliyyatlarının, 616,014 min manatı isə kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının payına düşüb.
Bu ilin birinci yarımilində bank kartları ilə fırıldaqçılıq hallarının sayı 9 988 olub. Bunun 4620-si I rübdə, 5 368-i II rübdə baş verib. Birinci yarımildə baş verən fırıldaqçılıq hallarının 992-si ölkədaxili, 3628-i isə ölkəxarici əməliyyatlar təşkil edib.
Təkcə bu ilin II rübündə kartlarla ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 344,083 min manat, kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının həcmi isə 430,104 min manat olub.