...

Əhalinin məşğulluğunun təmin olunması sosial müdafiə sisteminin əsas istiqamətlərindəndir - Musa Quliyev

Cəmiyyət Materials 22 Oktyabr 2025 14:56 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin məşğulluğunun təmin olunması, layiqli iş yerlərinin yaradılması və əmək bazarının inkişafı sosial müdafiə sisteminin əsas istiqamətlərindəndir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “PeşəFest”in yekun tədbirində çıxışı zamanı deyib.

"Əminəm ki, bu festival gələcək illərdə daha da geniş miqyasda, daha innovativ və faydalı formatda davam etdiriləcək. Əhalinin məşğulluğunun təmin olunması, layiqli iş yerlərinin yaradılması və əmək bazarının inkişafı sosial müdafiə sisteminin əsas istiqamətlərindəndir"- deyə o əlavə edib

Deputat qeyd edib ki, "PeşəFest" kimi tədbirlər mühüm əhəmiyyət daşıyır:

"Festival peşə sahibləri ilə işəgötürənlər arasında birbaşa təmas, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün vacib platformadır. Eyni zamanda, bu tədbirlər texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə yeni peşələrin təbliği, innovasiyalara açıq yanaşmaların təşviqi və gənclərin düzgün peşə seçiminə yönəldilməsi baxımından xüsusi önəm kəsb edir. Düzgün peşə seçimi gələcək uğurlarınızın təməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti