...

Azərbaycan Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün daha sıx əlaqələndirməyə çağırır

İqtisadiyyat Materials 22 Oktyabr 2025 16:16 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün daha sıx əlaqələndirməyə çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Orta Dəhlizin əhəmiyyətini həm Şərqdə, həm də Qərbdəki tərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün bütün lazımı səyləri göstəririk.

Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.

Nazir qeyd edib ki, uzun illər ərzində bəzi tərəfdaşlar bu müstəqil və əsas nəqliyyat arteriyası kimi deyil, yalnız Şimal Dəhlizinin əlavəsi kimi qiymətləndirirdilər.

“Orta Dəhliz Şimal marşrutundan qat-qat daha böyük əhəmiyyət daşıya bilər”,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin bu istiqamətə marağı nəzərəçarpacaq dərəcədə artıb və həmin dövrdə Azərbaycan artıq öz nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsini həyata keçirmişdi.

“Biz, faktiki olaraq bütün dəmir yolu şəbəkəmizi yenilədik. Minlərlə kilometr yeni dəmir yolu çəkilib, 9 beynəlxalq hava limanı inşa olunub, onlardan 3-ü azad olunmuş ərazilərdə yerləşir”,- deyə Rəşad Nəbiyev qeyd edib.

Nazir, həmçinin Azərbaycanın regional investisiyalarına da toxunaraq ölkənin Bakı–Tbilisi–Qars dəmir yoluna yatırdığı təxminən 1 milyard ABŞ dolları həcmində sərmayəni xatırladıb. Onun sözlərinə görə, bu, Azərbaycanın regional əlaqəliliyin gücləndirilməsi ideyasına sadiqliyini nümayiş etdirir.

“Biz öz sərhədlərimizdən kənara çıxaraq dost və qonşu Gürcüstanın infrastrukturuna sərmayə qoymuşuq”, - deyə o əlavə edib.

Sonda Rəşad Nəbiyev vurğulayıb ki, Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturun inkişafından asılı deyil.

“Məsələ təkcə infrastrukturda deyil. Eyni zamanda bütün bürokratik prosedurların – gömrük, sərhəd və digər məsələlərin də uzlaşdırılması olduqca vacibdir”, – deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti